Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:22

Ziyalılar Forumu Rüstəm İbrahimbəyovsuz qayıdır…


Eldar Namazov və Eldəniz Quliyev
Eldar Namazov və Eldəniz Quliyev

-

Gözlə

No media source currently available

0:00 0:03:32 0:00
Direct-ə keçid

«Ölkədə kifayət qədər problemlər var və bu problemlərin həllində, çıxış yollarını tapmaqda ziyalılar önəmli rol oynaya bilər».

Ziyalılar Forumu fəaliyyətini bərpa edir. AzadlıqRadiosuna bu məlumatı qurumun üzvü Eldəniz Quliyev verib və sözlərinə onu da əlavə edib ki, ötənilki president seçkilərinə görə fəaliyyətini müvəqqəti dayandıran Forumun öz işini bərpa etməsinə sosial sifariş var.

- Sosial sifariş deyəndə nəyi nəzərdə tutursunuz?

- Azərbaycanda baş verən ictimai-siyasi, sosial-psixoloji hadisələr göstərir ki, ziyalı sözünə heç vaxt bugünkü qədər ehtiyac olmayıb. Ziyalı məsləhətini, ziyalı sözünü, ziyalı yolgöstərməsini nəzərdə tuturam. Elə adamlarla görüşəndə də ziyalı sözünə çox önəm verdikləri açıq-aşkar görünür.

- Qurumun tətrkibində hər hansı dəyişiklik olacaq?

- Əslində, Ziyalılar Forumu açıq qurumdur. Yəqin köhnə tərkibdə fəaliyyətimizə davam edəcəyik, amma yeni şəxslərin də qoşulmasını gözləyirik.

- Qurumun yeni koordinatoru kim olacaq? Ziyalılar Forumu son vaxtlar yazıçı, kinossenarist Rüstəm İbrahimbəyovun evində toplaşırdı…

- Obyektiv və subyektiv səbəblər üzündən Rüstəm müəllimin Ziyalılar Forumunda iştirakı əngəllənib. Ramiz Rövşən, Rafiq Əliyev, Gültəkin Hacıbəyli, Cəmil Həsənli və başqalarıyla birgə fəaliyyətimizi davam etdirəcəyik. Qurumun koordinatoru Rafiq Əliyev olacaq.

- Qurumun fəaliyyətinin bərpası sizin fikrinizdir, yoxsa məsləhətləşmələrin nəticəsi?

- Məsləhətləşmələr hər zaman olur. Forumun fəaliyyətinin bərpası yekdil fikrimizdir.

- Fəaliyyət proqramınızla bağlı nə deyə bilərsiniz?

- Ölkədə kifayət qədər problemlər var və bu problemlərin həllində, çıxış yollarını tapmaqda ziyalılar önəmli rol oynaya bilər. Biz ilk toplantımızı keçirək, ondan sonra planlarımızla bağlı daha konkret danışarıq.

XS
SM
MD
LG