Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:02

Məşhur aktyor xəstəxanaya düşdü


Alain Delon qızı Anouchka ilə. Cannes Festivalı, 2010
Alain Delon qızı Anouchka ilə. Cannes Festivalı, 2010

-

Məşhur fransız aktyoru Alain Delon təcili Paris xəstəxanalarının birinə yerləşdirilib.

Bazar ertəsi bədəni qıc olan, hərəkət edə bilməyən 78 yaşkl aktyor təcili yardım çağırıb və xəstəxanaya çatdırılan kimi onu əməliyyat ediblər.

Bildirilir ki, əməliyyat Delonun kürəyindəki ağrılarla bağlı olub. Amma konkret xəstəlik adı açıqlanmır.

Onun hələ də xəstəxanada olduğu deyilir.

Aktyor 2013-cü ilin sentyabrında da xəstəxanaya düşmüşdü.

O zaman bu, ürək aritmiyası ilə bağlı idi.

Delona dünya şöhrətini "Rokko və onun qardaşları", "Qırmızı günəş", "Leopard" filmləri gətirib.

Karyerası boyu 100-dən çox filmə çəkilmiş Delon 1999-cu ildə kinodan gedib.

Son illərdə teatrda tamaşalar qoyur.

XS
SM
MD
LG