Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:57

Məhkəmə Leyla Yunusun şikayətini təmin etmədi


Leyla Yunus
Leyla Yunus

-

Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Leyla Yunusun həbsdə saxlanılması qərarını dəyişməyib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Xalid Bağırov məlumat verib:

«Məhkəmə qərarı bəlli qərardır. Leyla Yunus barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatətimiz təmin edilmədi. Leyla Yunus ittihamları qətiyyən qəbul etmir. Hakim birinci instansiya məhkəməsinin 3 aylıq həbs qərarını qüvvədə saxladı. Leyla Yunusun səhhəti yaxşı deyil. Ancaq daha çox Arif Yunusdan narahatdır».

Leyla və Arif Yunusovlar əvvəlcə dövlətə xəyanətdə ittiham olunaraq jurnalist Rauf Mirqədirovun işi üzrə şahid qismində dindiriliblər. İyulun 30-da Leyla Yunusa dövlətə xəyanət maddəsi də daxil olmaqla 6 ittiham, Arif Yunusa qarşı isə iki ittiham irəli sürülüb. Yunusovlar ittihamları qəbul etmir, həbslərini hökumətin siyasətini tənqid edən fəaliyyətləri ilə əlaqələndirirlər.

«Amnesty International» Leyla Yunusu vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG