Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:33

Rus turistlər Finlandiyada hər il 2 milyard avro xərcləyir


-

Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları Finlandiyada iqtisadi böhran yarada bilər, ona görə Finlandiya Avropa Birliyindən kompensasiya istəyəcək.

Bunu Finlandiyanın baş naziri Alexander Stubb avqustun 6-da müxbirlərə deyib.

O bildirib ki, Rusiya fin mallarının satıldığı 3-cü ən böyük ixrac bazarıdır. Finlandiyanın xaricə satdığının 10 faizi Rusiya bazarının payına düşür.

Rusiyalı turistlər hər il Finlandiyada 2 milyard avro pul xərcləyir.

Baş nazir deyir ki, belə bir potensial Finlandiyada indi böhrana gətirə bilər.

Stubb Avropa Birliyinin sanksiyalarını düzgün sayır, ancaq hesab edir ki, Avropa ölkələrinə sanksiyadan dəyən ziyanı Avropa Birliyi ödəməlidir.

«Reuters» yazır ki, baş nazir müxbirlər üçün mətbuat konfransını məzuniyyəti vaxtı, Helsinki yaxınlığında çimərliyin kafesində təşkil edib. Agentlik yazır ki, əynində qısa şalvar, ayağında sandal olan baş nazir deyib ki, Avropa Birliyinin heç bir ölkəsi başqasından artıq ziyan çəkməməlidir.

XS
SM
MD
LG