Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Almaniyadan müalicədən qayıdıb

Almaniyada böyrəyindən əməliyyat olunan Rəis Rəsulzadə avqustun 6-da gecə Azərbaycana qayıdıb. AzadlıqRadiosuna dediyinə görə, əməliyyatdan sonra özünü yaxşı hiss edir.

«Şarite klinikasında 5 saata yaxın davam edən əməliyyat uğurlu oldu. Həkimlər hər şeyin yaxşı olduğunu bildirdilər. İldə iki dəfə müayinədən keçməliyəm. Müəlicəm dövlət hesabına oldu, buna görə prezidentə təşəkkür edirəm vaxtında və yerində addım atdı».

Müalicəyə nə qədər vəsait xərcləndiyinə gəlincə Rəsulzadə bundan məlumatsız olduğunu deyir.

«Onu mən bilmirəm, hökumətlə Səhiyyə Nazirliyi özləri bu məsələni xəstəxana ilə həll ediblər. Bu baxımdan da bunu mən bilmirəm».

68 yaşlı Rəis Rəsulzadə Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.

O, böyrəyindəki problemlə bağlı iyulun 8-dən Almaniyada müalicə olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG