Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:43

-

“Qanun” nəşriyyatından 3 yeni kitab gəldi:

Barbara De Angelis

HƏR BİR KİŞİNİN QADINLAR HAQQINDA BİLMƏLİ OLDUĞU VACİB SİRLƏR

Partnyorunuzla müxtəlif dillərdə danışdığınız heç ağlınıza gəlibmi – axı o heç vaxt sizin ona sübut etmək istədiyinizi anlamayıb?

Barbara de Anjelis – dünya şöhrətli psixoloq, şəxsiyyətlərarası münasibətlər üzrə ekspertdir. Onun kitablarını oxuyan hər qadın özünü daha yaxşı dərk etməyi, kişilər isə partnyorunun məhəbbətə, seksə, ünsiyyət və yaxınlığa olan münasibətini anlaya biləcəkdir.

Tərcümə: Nəzakət Ağayeva

Ralf Epperson

GÖZƏGÖRÜNMƏZ ƏL

Siyasi elmlər üzrə mütəxəssis Ralf Epperson tarixi kor təsadüflərin ağılsız oyunu kimi yox, əvvəlcədən planlaşdırılan və məqsədyönlü təşkil olunan hadisələr kimi görür. Tarixi o, konspirasiya olunmuş insan qrupunun idarə etdiyi proses kimi göstərir.

Kitabda Rotşildlər ailəsinin çoxəsrlik siyasi fəaliyyətindən az məlum olan faktlar, Rusiyada inqilabın və XX əsrdəki hər iki dünya müharibəsinin pərdəarxası tərəfi, ABŞ Federal Ehtiyat Sisteminin yaradılmasının real məqsədləri və FES-dən istifadə praktikası haqqında təfərrüatı ilə danışılır.

Tərcümə: Yaşar Əsədov

Arthur Golden

GEYŞANIN MEMUARLARI

20-ci əsrin ən tanınmış geyşalarından biri Nitta Sayurinin həyat hekayəsi. Roman yalnız kişilərə məxsus olan tam başqa bir aləmə, başqa bir dünyaya açılan qapıdır. Bu aləmdə qadınlar heç vaxt düşündüklərini deyil, yalnız onlardan gözlənilənləri, tələb olunanları deyirlər.

Tərcümə: Ülkər Elxanqızı

Günün bütün mövzuları

XS
SM
MD
LG