Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:02

Politoloq Arif Yunus İstintaq Təcridxanasına köçürülüb


Politoloq Arif Yunus

Politoloq Arif Yunus

Politoloq Arif Yunus avqustun 6-da Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə AzadlıqRadiosuna onun vəkilləri məlumat verib.

İyulun 30-da istintaqa çağırılan həyat yoldaşı Leyla Yunusla birgə istintaqda ifadə verən Arif Yunus iki maddə üzrə ittiham irəli sürülərək barəsində həbslə bağlı olmayan, polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdi.

Avqustun 5-də Leyla Yunusa dərman apararkən saxlanılan Arif Yunus barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib və o, 3 aylıq həbs edilib.

Baş prokurorluğun yaydığı məlumatda deyilir ki, həbslə bağlı olmayan qətimkan tədbiri seçilən tarixdən sonra Arif Yunusov bu tədbirinin şərtlərini müəyyən edən və ona elan olunmuş cinayət-prosessual qanunvericiliyin tələblərinin pozuntusu hallarına yol verib. Politoloq barəsində 3 aylıq həbs qərarının çıxarılması da bununla əsaslandırılır.

Leyla və Arif Yunusovlar əvvəlcə «dövlətə xəyanət»də ittiham olunaraq həbs edilən jurnalist Rauf Mirqədirovun işi üzrə şahid qismində dindiriliblər. İyulun 30-da isə Leyla Yunusa «dövlətə xəyanət» maddəsi də daxil olmaqla 6 ittiham, Arif Yunusa qarşı isə iki ittiham irəli sürülüb. Yunusovlar ittihamları qəbul etmir, həbslərini hökumətin siyasətini tənqid edən fəaliyyətləri ilə əlaqələndirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG