Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:46

Apple və Samsung ABŞ-dan kənarda patent məhkəmələrinə son qoyur


Dünyanın ən böyük smartfon istehsalçıları olan Apple və Samsung şirkətləri ABŞ-dan kənarda patent müharibəsinə son qoymaq haqda razılığa gəliblər. Bundan sonra ABŞ-dan kənar ölkədə onlar bir-birinə qarşı məhkəmədə patent davası açmayacaqlar.

Son illər bu iki şirkət arasında patent davaları onlarla ölkəni, o cümlədən Almaniya, Britaniya, Avstraliya, Yaponiya, Fransa, İspaniya, İtaliya, Cənubi Koreya və başqa ölkələri əhatə edirdi.

Ancaq avqustun 6-da Samsung bildirib ki, indiki razılaşma lisenziyalara aid deyil.

ABŞ məhkəmələrində olan davalar da qüvvədə qalır.

Samsung Galaxy telefonlarını, Apple isə iPhone-ları istehsal edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG