Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:25

Avropa qonşuluq məsələləri üzrə komissar Rəsul Cəfərin həbsindən narahatdır


Avropanın genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Ştefan Füle hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsindən narahatlığını bildirib.

Onun bəyanatında xatırladılır ki, Rəsul Cəfərovun həbsi tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həbsindən sonra baş verib.

«Rəsul Cəfərovun həbsi Azərbaycan hakimiyyətinin məqsədyönlü şəkildə vətəndaş cəmiyyətini məhdudlaşdırması təəssüratını yaradır», - deyib.

«Biz regioda təhlükəsizliklə bağlı narahatlığımızı avqustun 3-də Dağlıq Qarabağla bağlı bəyanatımızda qeyd etmişik. Biz əminik ki, xüsusilə münaqişə dövründə vətəndaş cəmiyyəti insan azadlıqlarının təminatında mühüm rol oynayır», - Füle bildirib.

contact.az-ın məlumatına görə, o, Azərbaycan hökumətini beynəlxalq standartlara uyğun olaraq vətəndaş cəmiyyəti ilə bağlı siyasətinə yenidən baxmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG