Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:23

Keçmiş baş nazir Blair-in nə qədər pulu var? - Mətbuat icmalı


Tony Blair Bakıda 1 Dekabr 2009-cu il
Tony Blair Bakıda 1 Dekabr 2009-cu il

-

Britaniyanın keçmiş baş naziri Tony Blair "harda aş, orda başdır".Ancaq onun hətta xeyriyyəçilik, investisiya layihələri, məsləhət şirkətləri niyə belə mübahisə doğurur?

Ukrayna iqtisadiyyatı geriləyir. İsveçin məşhur H&M paltar satışı şəbəkəsi hətta Kiyevdə yeni mağaza açmaq planını dayandırıb.

Dünya mediası bu gün nədən yazır?

Danny Hakimaug New York Times qəzetində yazır ki, Britaniyanın keçmiş baş naziri Tony Blair öz əlaqələrindən dünyanı dəyişmək və ... varlanmaq üçün istifadə edir.

Hakimaug yazır ki, 2007-ci ildə baş nazirlikdən gedəndən az sonra London hotelində Blair Ruanda prezidenti Paul Kagame ilə görüşürdü. Blair Ruandaya maliyyə və idarəçilikdə Qərb ekspertlərinin köməyini təklif edirdi. Özü də bu xeyriyyəçilik layihəsi idi.

Ancaq Blairin Ruanda işinə Kagamenin imici kölgə saldı. Kagame hətta bir dəfə ofis pərdələrini yaxşı seçmədiyinə görə iki işçisini döydürüb.

Blairlə birlikdə Ruanda layihəsini reallaşdıran keçmiş yerli hökumət rəsmisi Himbara deyir: “Blair öz xeyriyyəçiliyi ilə yaxşı iş gördü. Ancaq sizin yaxşı iş gördüyünüz dövlət kriminal dövlətdirsə, onda sizin yaxşı işiniz nəyə çevrilir?”

Daha sonra Blair digər 6 Afrika dövlətində özünün Afrika İdarəçilik Təşəbbüsünü reallaşdırmağa başladı. O, diqqətini kasıblıqla mübarizədə və infrastrukturda cəmləmişdi.

Bundan sonra Blair Yaxın Şərqdə böyük diplomatik rol oynamağa başladı. O 4-lüyün – ABŞ, BMT, Rusiya, və Avropa Birliyinin təmsilçisi idi.

Blair “Tony Blair Associates” adlı məsləhət şirkəti yaradıb. Bu şirkətlə bağlı Blairə iradlar o idi ki, bunun müştəriləri arasında ziddiyyətli monarxlar və avtokratlar da var. Bunlardan biri Qazaxıstan prezidenti Nazarbayevdir.

Keçən il Blair Qvineyada 5 milyard dollarlıq inkişaf və investisiya layihəsini elan etdi. Bu layihə Abu Dabinin Mubadala İnkişaf Şirkətinindir.

Hətta Misir prezidenti Abdel Fattah el-Sisi Həmasla İsrail arasında uğursuz vasitəçilik təşəbbüsü irəli sürəndə bu təşəbbüsü reallaşdıran Blair idi.

Blairin gördüyü işlərin siyahısını uzatmaq olar.

Hakimaug yazır ki, Britaniyada ən populyar sual odur ki, Blairin görəsən nə qədər pulu var?

Britaniya mediası güman edir ki, 170 milyon dollar.

Ancaq Blair bunu şişirdilmiş sayır.

Hakimaug bununla bağlı yazır ki, Blair məsləhətçi olduğu 3 maliyyə şirkətindən ildə 3 dəfə pul alır.

Bunlar ümumilikdə 7 milyon dollardır. Onun işçilərindən biri deyir ki, Blair xeyriyyə işlərindən heç vaxt pul almır.

Onun müxtəlif şirkətlərinin ümumi dəyəri 12 milyon dollardır. Onun şirkətlərində 200 adam işləyir.

Blair son illər daşınmaz əmlak kolleksiyası yığır. O son 10 ildə 9 ev və mənzil alıb. Bunların ümumi dəyəri 28 milyon dollardır.

Blair öz işi və pulları haqda deyir: “Mən varlılar siyahısına qoşulmaq ərəfəsindəyəm. Ancaq mənim bunu etmək istəyim yoxdur. Çünki mən gördüyüm işləri buna görə görmürəm”.

KİMİN AĞLINA GƏLƏRDİ Kİ, MÜHARİBƏ OLACAQ

Antony Troianovsky Wall Street Journal qəzetində yazır ki, Ukraynada müharibə iqtisadiyyata və insanların əhvalına ağır zərbə vurur.

21 yaşlı tələbə qız deyir ki, o, Maydan tərəfdarıdır. Ancaq Maydana çıxanda ağlına da gəlmirdi ki, Ukraynada müharibə başlana bilər. “Bizim istədiyimiz yalnız Yanukovichin çıxıb getməsi idi”.

Ukraynada bu il ÜDM 6-7 faiz azalacaq. İşsizlik keçən ilki 7,7 faizdən bu ilin birinci rübündə 9,3 faizə qalxıb.

Ukraynadan Rusiyaya ixrac 24 faiz azalıb.

Ukraynanın daxilində işləyən xarici şirkətlər genişlənmə planlarını təxirə salırlar. Bunlardan biri İsveçin “Hennes and Mauritz AB” şirkətidir, bu şirkət , H&M adı ilə məşhurdur. H&M Kiyevdə yeni mağazalar açırdı və bina sahibləri ilə yeni yerlər haqda danışıqlar aparırdı. Ancaq indi H&M-in sözçüsü deyir ki, “indiki durumda biz yeni mağazalar açmaqdan çəkinirik”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG