Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:58

Beynəlxalq və yerli təşkilatlar Rəsul Cəfərlə bağlı bəyanat yayıb


Hüquq müdafiəçisi Rəsul Cəfərov

Hüquq müdafiəçisi Rəsul Cəfərov

«Front Line» beynəlxalq hüquq-müdafiə təşkilatı hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsi ilə bağlı bəyanat verib. Bəyanatda Azərbaycan hökumətindən onun dərhal azadlığa buraxılması tələb olunur:

«Rəsul Cəfərov xəstəlikdən əziyyət çəkir. Həbsxana şəraiti və üzləşdiyi psixoloji təzyiqlər onun xəstəliyini daha da ağırlaşdırır. Biz onun müalicəsinin təcili təmin edilməsini istəyirik. Biz həmçinin hakimiyyətdən Rəsul Cəfərovun dərhal azadlığa buraxılmasını tələb edirik».

«RƏSUL CƏFƏROVA QARŞI İTTİHAMLAR SİYASİ SİFARİŞLİ HESAB OLUNUR»

REAL Hərəkatı hüquq müdafiəçisi, hərəkatın İdarə Heyətinin üzvü Rəsul Cəfərovun həbsini pisləyən bəyanat yayıb. Bəyanatda Rəsul Cəfərova qarşı irəli sürülən ittihamlar siyasi sifarişli hesab olunur:

«Rəsul Cəfərovu həbs etməklə hakimiyyət hüquq müdafiəsi sahəsini tamamilə inhisara almaq və müstəqil hüquq müdafiəçiliyi mövzusunu birdəfəlik qapatmaq məqsədini güdür. Biz hesab edirik ki, qeyri-hökumət təşkilatlarına və onların rəhbərlərinə qarşı həyata keçirilən repressiv siyasət Azərbaycanda azad fikri, vətəndaş cəmiyyətini məhv etmək məqsədi daşıyır».

Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

VƏKİLİ RƏSUL CƏFƏROVLA GÖRÜŞÜB

Vəkil Fariz Namazlı Bakı istintaq təcridxanasına yeni köçürülən hüquq müdafiəçisi Rəsul Cəfərovla görüşüb.

«Görüşümüz bir saata yaxın davam elədi. O ilk gündən dediyi kimi yenə də əsassız həbs olunduğunu və bu həbsin yalnız hüquq müdafiə fəaliyyəti ilə bağlı olduğunu bildirdi. Həbslə bağlı apellyasiya şikayəti vermişik. Həftə sonuna yaxın məhkəmə prosesinin keçiriləcəyi gözlənilir».

Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG