Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:51

Qazaxıstan hökuməti sanksiyalardan qorunmaq üçün plan hazırlayıb


Qazaxıstan hökuməti Rusiyaya qarşı sanksiyalardan qorunmaq üçün plan hazırlayıb.

Bunu Qazaxıstanın iqtisadi inkişaf naziri Erbolat Dosaev avqustun 6-da hökumətin Astanada keçirdiyi iclasda bildirib. Planın detalları barədə məlumat verilmir.

Nazir bildirib ki, onun nazirliyi Avrasiya İqtisadi Birliyinin şərtləri əsasında fəaliyyət göstərməsi üçün yerli iqtisadiyyatın və biznesin adaptasiya üzərində işləyir.

Qazaxıstan, Rusiya və Belarus Avrasiya İqtisadi Birliyinin üzvüdür. Qurum gələn ilin yanvarından öz fəaliyyətinə başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG