Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:22

Əli Kərimli: «İlham Əliyev görür ki, repressiyalar xalqı qorxuda bilməyib...»


Əli Kərimli

Əli Kərimli

-

«Azadlıq» qəzeti AXCP sədri Əli Kərimlinin müsahibəsini yayımlayıb. Əli Kərimli hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə bağlı suala belə cavab verib:

«Azərbaycan hakimiyyəti səhv siyasət seçdiyinə görə özünü çıxılmaz vəziyyətə salıb. Əslində, onların da vəziyyəti yaxşı deyil. Əlbəttə, biz vaxtaşırı kütləvi repressiyalar ilə üzləşirik. Leyla Yunusun həbsi, «Azərbaycan» Nəşriyyatının «Azadlıq» qəzetinin çapını dayandırması, neçə-neçə facebook, vətəndaş cəmiyyəti fəalının həbsi bu repressiyaların tərkib hissəsidir. İyirmiyə yaxın vətəndaş cəmiyyətinin fəalı barəsində ciddi araşdırmalar gedir, onların bank hesabı bağlanıb. Amma hakimiyyət xoş günündən belə addımlar atmayıb. Onların da vəziyyəti yaxşı deyil. Hakimiyyətin vəziyyətini çətinləşdirən nədir? Bir tərəfdən ölkədə narazılıq artır. Bunu hamı görür. İnternet və sosial şəbəkələr də buna imkan yaradır. Hakimiyyətin korrupsiya əməlləri haqqında materiallar tirajlandıqca, narazı insanların sayı artır. Hakimiyyət başa düşür ki, günün birində bu narazı adamlar aktiv fəaliyyətə keçə bilər. Digər tərəfdən, Ukrayna cəbhəsindəki uğursuzluqlarının fonunda hər zaman hakimiyyətə dəstək vermiş, onu çətinliklərdən qurtarmış Rusiyanın mövqeləri zəifləyir. Bu, Azərbaycan hakimiyyətini çətin vəziyyətə salır. Qarşıdan isə mühüm kampaniyalar gəlir. Bu ilin payızında bələdiyyə seçkisi olmalıdır, gələn il isə parlament seçkisidir. Eyni zamanda qarşıda Azərbaycanın taleyi üçün mühüm əhəmiyyət kəsb edən Riqa sammiti gəlir. Bu sammitdə Azərbaycanın Avropa Birliyi ilə imzalayacağı Assosiasiya Sazişi müzakirəyə çıxarılacaq. Azərbaycan Avropa Yay Olimpiadasına ev sahibliyi etmək istəyir. Bunların hamısı siyasi fəallığı, Azərbaycana beynəlxalq diqqəti artıracaq. Azərbaycana diqqət artdıqca bu ilin payızında, gələn ilin yazında kütləvi etiraz aksiyaları keçiriləcək. Belə bir vəziyyətdə İlham Əliyev görür ki, indiyə qədər olan repressiyalar xalqı qorxuda bilməyib. Müxalifət sistemli və ardıcıl şəkildə mübarizəsini davam etdirir və yenə də o potensiala sahibdir ki, az-çox demokratik şəraitdə keçirilən seçkilərdə hakimiyyətə qalib gələ bilər. Ona görə bütün o sanksiyaları gözünün önünə gətirərək elə addım atmağa çalışır ki, nəhayət müxalifət düşərgəsində müəyyən qorxu yarada bilsin».

Ə. Kərimli qeyd edib ki, Azərbaycanda indiyə qədər 130-a yaxın adam həbs olunub. Nə qədər işıqlı insan, Azərbaycanın siyasətçiləri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları, gənc liderlər, bloqçular, inanclı insanlar, jurnalistlər həbsdə yatır.

«Azərbaycanın həbsxanalarında kimlər yoxdur? 130 nəfər böyük bir rəqəmdir. Biz artıq ilkin məsləhətləşmələrə başlamışıq. Hazırda avqust ayıdır. Kütləvi aksiyalar üçün uğurlu zaman deyil. Amma qarşıdan sentyabr, oktyabr ayları gəlir. Biz artıq etiraz aksiyalarımızı meydanlara çıxarmaq qərarına gələcəyik».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG