Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:53

Daha bir neçə QHT-nin bank hesabına həbs qoyulub


Baş Prokurorluq
Baş Prokurorluq

-

Baş Prokurorluğunun təqdimatına əsasən rayon məhkəmələrinin qərarları ilə daha bir neçə qeyri-hökumət təşkilatının bank hesabına həbs qoyulub.

apa-nın məlumatına görə, həmin QHT-lər aşağıdakılardır:

- «Media Hüquqları İnstitutu» İctimai Birliyi,

- «Demokratik Təsisatlar və İnsan Hüquqları» İctimai Birliyi,

- Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi,

- Azərbaycan Hüquqçular Assosiasiyası,

- Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi,

- «Azad İqtisadiyyata Yardım» İctimai Birliyi.

Məlumata görə, ictimai təşkilatların bəzilərinin rəhbərlərinin şəxsi hesablarına həbs qoyulub.

Adıçəkilən QHT-lərin bank hesablarının dondurulması bir sıra yerli və xarici QHT-lərin fəaliyyətində aşkar edilmiş qanun pozuntuları üzrə açılan cinayət işləri ilə əlaqələndirilir.

XS
SM
MD
LG