Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:01

«Nabran Holiday Village» işçilərinə hökm oxunub


Nabrandakı hadisə yerindən görüntü
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Nabrandakı hadisə yerindən görüntü

-

Avqustun 5-də Xaçmaz rayon Məhkəməsində «Nabran Holiday Village» istirahət mərkəzinin keçmiş işçilərinə hökm oxunub.

Hakim Anar İbrahimovun elan etdiyi hökmlə CTF firmasının və «Nabran Village Holiday»in direktoru Rəşad Zərbəliyev, icarəçi Firdovsi İbrahimov və hovuz xidmətçisi Aslan Hacıməmmədkərimov 4, digər icarəçi Ramiz Əhmədov 7 il azadlıqdan məhrum edilib.

Məhkəmə Ramiz Əhmədovun və CTF şirkətinin zərərçəkmişə 70 min AZN ödəməsi barədə qərar çıxarıb. Daha bir qərara görə, Ramiz Əhmədov dövlət büdcəsindən yayındırdığı 2 min 552 manatı dövlət büdcəsinə ödəməlidir.

Rəşad Zərbəliyev səhlənkarlıqda, icarəçilərdən Firdovsi İsmayılov qanunsuz sahibkarlıq fəaliyyətində, Ramiz Əhmədov qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınmaqda, vəzifə saxtakarlığında, səhlənkarlıqda, hovuz xidmətçisi Aslan Hacıməmmədkərimov isə səhlənkarlıqda təqsirləndirilirdi. Lakin onların heç biri özünü təqsirli bilmirdi.

Ötən il iyulun 21-də istirahət mərkəzində dincələn azyaşlı İmran Cəfərzadə böyüklər üçün nəzərdə tutulmuş hovuzda çimərkən su nasosuna düşərək bir ayağını topuqdan aşağı itirmişdi, digər ayağı zədələnmişdi.

Məhkəmə prosesi bu ilin aprel ayında başlamışdı. Zərərçəkmişlər həbsdə olanlardan azı 3 milyon manat təzminat tələb edirdilər.

Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu və Azərbaycanın Almaniyadakı səfirliyi İmranın Almaniyada müalicəsini təşkil ediblər. Onun ayaqlarında bir neçə dəfə əməliyyat aparılıb, ayağının birinə protez qoyulmaqla uşağın yeriməsi bərpa olunub.

XS
SM
MD
LG