Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:52

Ünvanlı yardımın 12 min manatını mənimsəyiblər


-

«Azərpoçt»un Kürdəmir filialının vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə avqustun 5-də Baş Prokurorluq məlumat yayıb.

Məlumatda deyilir ki, istintaq zamanı filialın mərkəzi poçt şöbəsinin müdiri filialın əməkdaşı ilə əlbir olub ünvanlı sosial yardımla bağlı yekun rəqəmlərin qəsdən şişirdilməsi hesabına yaranan 12 min 105 manatı mənimsəyiblər.

Hər iki şəxsə Cinayət Məcəlləsinin «mənimsəmə» maddəsi ilə ittiham elan edilib. Prokurorluğun məlumatına görə, istintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG