Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:26

-

Tanınmış Amerika rejissoru Quentin Tarantinonun sevimli filmləri:

“Apokalipsis – bu gün” (Francis Ford Coppola, 1979)

Bu film Vyetnam müharibəsi mövzusunda çəkilib. Cannes Festivalının mükafatını və iki “Oscar” qazanıb.

Xüsusi təyinatlıların kapitanı Willard cəngəlliyə göndərilir ki, ağlı çaşmış polkovnik Kurtz-u tapsın.

Bu əməliyyat zamanı elə qanlı hadisələr olur ki, Willard reallıq hissini tamam itirir.

Filmdə müharibənin insan psixikasına təsiri, insanın adətən üzdə olmayan xüsusiyyətlərinin müharibədə aşkara çıxması göstərilir. (Ardı aşağıda)

“Zəhlətökən Ayılar” (The Bad News Bears) Michael Ritchie, 1976

Morris Buttermaker vaxtilə aşağı liqanın uğursuz bir beysbol komandasında oynayıb, indi isə hovuz təmizləyir. Üstəlik də alkoqolikdir.

İş elə gətirir ki, ona yeniyetmələrdən ibarət bir komandanın məşqçiliyini tapşırırlar. Amma məlum olur ki, “Ayılar” adlanan bu komanda güclü komandaların “tör-töküntüləri”ndən ibarətdir: ən zəif və istedadsız oyunçulardan.

Buttermaker bu ümidsiz vəziyyətdən çıxmaq, necə deyərlər zibildən konfet düzəltmək üçün plan qurur…(Ardı aşağıda)

Carrie (Brian de Palma, 1976)

Carrie White uşaq vaxtından daim yaşıdlarının rişxənd hədəfi olur. Məktəbdə də onu ələ salır, aşağılayırlar. Səbəbsə qızın qəribəlikləridir. Heç kəs bilmir ki, onun telekinez qabiliyyəti var (parapsixologiyada insanın fikri, baxışları ilə uzaq məsafədən hadisələrin gedişinə təsir etmək, insanlara təsir etmək qabiliyyəti). Carrie-ni buraxılış balında da ələ salırlar...

Bundan sonra qəfildən balın keçirildiyi zal yanmağa, onu ələ salanların üzərinə buzlu su tökülməyə başlayır…(Ardı aşağıda)

Quentin Tarantino-nun “Sevimli filmlərim” siyahısındakı digər ekran əsərləri:

Hallı və çaşqın durumda (Dazed and Confused), Richard Linklater, 1993)

Yaxşı, Pis və İdbar (Sergio Leone, 1966)

Böyük qaçış (John Sturges, 1963)

His Girl Friday (Howard Hawks, 1939)

Çənələr (Steven Spielberg, 1975)

Pretty Maids All in a Row (Roger Vadim, 1971)

Şimşək çaxımları (Rolling Thunder) John Flynn, 1997

Cadugər (William Friedkin, 1977)

Taksi sürücüsü (Martin Scorsese, 1976)

Rövşən

Günün bütün mövzuları

XS
SM
MD
LG