Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:08

-

Kino tarixində ən möhtəşəm filmlər hansılardır?

Tanınmış Amerika rejissoru Woody Allen “Sight and Sound” jurnalının keçirdiyi rəy sorğusunda öz seçimini açıqlayıb:

“400 zərbə” (François Truffaut, 1959)

Antuan “çətin tərbiyə olunan” uşaqdır. Müəllimlərin ondan zəhləsi gedir. Halbuki problemin kökü ailədən gəlir. Anası başqa kişiylə gəzir, atasınınsa başı işinə qarışıb.

Müəllimlər Antuanı “tərbiyələndirmək üçün” cəzalandırırlar. Amma cəza əks nəticə verir. Antuan öz dostu ilə sanki böyüklərdən qisas alır: dərsdən qaçır, yalan danışır, oğurluq edir…

“Amarkord” (Federico Fellini, 1972)

Filmin aydın süjeti yoxdur, daha çox epizodlar koleydoskopudur. Bəzən komik, bəzən kədərli, bəzən “ədəbsiz”… Bu bir uşaqlıq xatirəsidir. Filmdə həmin uşağın adı Tittadır. Hadisələr 30-cu illərdə - faşist İtaliyasında baş verir. Film həm də avtobioqrafik sayılır. Burda müəllimləri dolayan uşaqlar da var, Tittanın ağaca çıxıb “qadın istəyirəm” qışqıran ruhi xəstə əmisi də, ümummilli öndər Mussolinin şərəfinə parad da…

“Velosiped oğruları” (Vittorio de Sica, 1948)

De Sica inanırdı ki, ən adi hadisələrdən gözəl filmlər çəkmək olar. “Velosiped oğruları” buna ən yaxşı nümunələrdən sayıla bilər.

İtaliya… müharibədən sonrakı illər.. yoxsulluq… ümidsizlik. Antonio Ricci ailəsini dolandırmaq üçün iş axtaran minlərlə italiyadan biridir. O, elanvuran işi tapır, amma bundan ötrü velosipedi olmalıdır. Velosipedi isə o, lombarda qoyub ki, evə çörək alsın. Lombarddan velosipedi götürmək üçün həyat yoldaşı evdəki çarpayılardan mələfələri, yorğan üzlərini çıxarıb satır. Amma işin elə birinci günü Antonionun velosipedini oğurlayirlar…Bu ailə üçün əsl faciədir… Antonio oğlu ilə şəhəri gəzib oğrunu axtarır, axırda özü də oğruya çevrilir…

Woody Allen-in “Kino tarixinin ən möhtəşəm filmləri” siyahısındakı digər ekran əsərləri:

“8½” (Federico Fellini, 1963)

“Vətəndaş Keyn” (Orson Welles, 1941)

“Burjuaziyanın təvazökar cazibədarlığı” (Luis Buñuel, 1972)

“Böyük illüziya” (Jean Renoir, 1937)

“Şöhrətə aparan yol” (Stanley Kubrick, 1957)

“Raşomon” (Akira Kurosawa, 1950)

"Yeddinci möhür" (Ingmar Bergman, 1957)

Rövşən

Günün bütün mövzuları

XS
SM
MD
LG