Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:19

Gələn il dərslər iyunun 14-də bitəcək


-

Sentyabrın 15-də başlayacaq dərs ili mayın sonunadək deyil, iyunun 14-ə qədər davam edəcək.

Bunu ANS-ə müsahibəsində Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov deyib.

Onun sözlərinə görə, artıq Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı, şagirdlərin tətil günləri, dərs bölgüsünün düzgün bölüşdürülməsini özündə əks etdirən konkret təkliflər paketini hökumətə təqdim edib.

Şöbə müdirinin dediyinə görə, ümumtəhsil məktəblərində tədris həftələrinin sayı 32.8 olub. Bu, həftənin beş günü işləyən məktəblərdə 164 gün, altı gün işləyən məktəblərdə isə 197 gün deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG