Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:00

Britaniyanın müsəlman qadın naziri Britaniya hökumətinin Qəzza siyasətinə görə istefa verib.

Baronessa Sayeeda Warsi din və icmalar naziri vəzifəsindən istefa verdiyini baş nazir Camerona təqdim edib. O Twitterdə yazıb ki, “mən hökumətin Qəzza siyasətini dəstəkləyə bilmirəm”.

Cameron hökumətini Qəzza siyasətinə görə müxalifət tənqid edir ki, hökumət İsrailin hərəkətlərinə münasibətdə kəskin mövqe tutmur. Cameron deyib ki, BMT-nin İsrailin Qəzzada BMT məktəbini bombalamasını ittiham etmək haqqı var. Ancaq İsrailin beynəlxalq qanunları pozmasını soruşanda Cameron cavab verməkdən boyun qaçırıb.

Sayeeda Warsi Pakistanlı mühacir ailəsindəndir. O, 2007-ci ildə Lordlar palatasnın üzvü olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG