Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:26

Yanukovych «qara siyahı»dan çıxmaq üçün məhkəməyə müraciət edib


Viktor Yanukovych

Viktor Yanukovych

-

Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych və iki oğlu Avropa Birliyinin sanksiyalarını aradan qaldırmaq üçün Avropa İnsan Haqları Məhkəməsinə iddia ərizəsi verib.

Onlara adı qara siyahıda olan Ukrayna biznesmeni Serhiy Kurchenko da qoşulub.

Onlar tələb edirlər ki, Avropa Birliyi onların Avropaya girişini əngəlləyən və aktivlərini donduran sanksiyaları aradan qaldırsın.

Yanukovych və yaxınları hesab edirlər ki, adlarını «qara siyahıya» salmaq üçün Avropa Birliyinin «kifayət qədər sübutu» olmayıb.

Viktor Yanukovych Ukraynada ötən ilin sonunda başlayan Maydan hadisələri zamanı prezident postunu itirib və ölkəni tərk edərək Rusiyaya sığınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG