Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:12

Amerikada bir nəfərin Ebola virusuna yoluxduğu güman edilir


Nyu-York xəstəxanası avqustun 4-də Ebola virusuna yoluxduğu güman edilən pasienti qəbul edib.

Mount Sinal hospitalında yerləşdirilən pasient yüksək qızdırması, kəskin boğaz ağrısından əziyyət çəkir. O, yaxınlarda Ebola virusunun yayıldığı Qərbi Afrika ölkələrinin birindən ABŞ-a qayıdıb. Onun Ebola virusuna yoluxub-yoluxmadığını iki-üç günə analizlər göstərəcək.

Nigeriyadan gələn son məlumatlara görə, virusa yoluxmuş daha bir nəfər vəfat edib.

Ebola virusu artıq bir neçə Afrika ölkəsində yayılıb.

890-a yaxın adamın bu virusdan öldüyü deyilir.

Ölümcül infeksiya sayılan Ebola ilə mübarizə yolları hələlik tibbə məlum deyil.

Onun ilkin simptomları yüksək hərarət və boğaz ağrısıdır, virusa yoluxma qusma, diareya, daxili və xarici qanaxma ilə müşahidə olunur.

XS
SM
MD
LG