Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:39

Elmar Məmmədyarov BMT Baş Assambleyasında çıxış edəcək


Sentyabrın 25-də Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 61-ci sessiyasında çıxış edəcək.


XİN Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadənin «Azadlıq» radiosuna verdiyi məlumata əsasən, cənab Məmmədyarovun çıxışları üç istiqamətdə olacaq: Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən GUAM ərazisində «dondurulmuş» münaqişələr, BMT-də islahatlar və sivilizasiyalararası münasibətlər.


Tahir Tağızadənin dediyinə görə, Elmar Məmmədyarov artıq Nyu-Yorkadır. Səfər çərçivəsində nazirin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışıqları planlaşdırılıb.


Həmçinin, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın XİN başçıları Baş Assambleyanın sessiyası əsnasında bir araya gələrək GUAM-a baş katib seçəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG