Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:33

Yeni teatr mövsümü başladı


79-cu teatr mövsümünün rəsmi açılışı, Bakı, 24 sentyabr 2006

79-cu teatr mövsümünün rəsmi açılışı, Bakı, 24 sentyabr 2006

Sentyabrın 24-də Gənc Tamaşaçılar Teatrında 79-cu teatr mövsümünün rəsmi açılışı oldu. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin təbrikindən sonra tədbir Alla Axundovanın «Sirr» əsərinin tamaşası ilə davam etdirildi.


Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirdi ki, yaxın vaxtlarda teatr binalarının çoxunda təmir-bərpa işlərinə başlanacaq. Amma buna baxmayaraq, nazirlik budəfəki mövsümün daha da rəngarəng keçməsinə çalışacaq.


Cənab Qarayev dedi ki, teatrların təmiri üçillik proqram çərçivəsində həyata keçirilir və işlər üç il müddətinə tam başa çatdırılmalıdır. İlkin olaraq 6 teatr binasının təmirinə başlanacaq.


Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovun sözlərinə görə, həmin teatrların hamısı Avropa standartlarına uyğun təmir ediləcək və onlar müasir avadanlıqlarla təmin olunacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG