Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:38

İranda ana dilində təhsil tələb edənlərin aksiyaları dağıdılıb


İran azərbaycanlıları Tehran və Azərbaycan şəhərlərində aksiyalar keçirməyə cəhd edib
İran azərbaycanlıları Tehran və Azərbaycan şəhərlərində aksiyalar keçirməyə cəhd edib
Ana dilinin məktəblərdə tədrisini tələb edən İranın azərbaycanlı əhalisi yeni tədris ilinin ilk gününü – sentyabrın 23-nü boykot edərək Tehran və Azərbaycan şəhərlərində aksiyalar keçirməyə cəhd göstərib. Lakin bir həftə öncədən hazırlıq vəziyyətinə gətirilən İranın ordu və hüquq-mühafizə qüvvələri nümayişlərin qarşısını alıb.

Buna baxmayaraq, Tehranda yüzlərlə nümayişçi BMT-nin binası qarşısında 20 dəqiqəlik mitinq keçirərək ana dilində təhsil tələbləri ilə çıxış edib. Polis etiraz aksiyalarını dayandırıb.


İrandan aldığımız məlumatlara görə, Zəncanda etirazçılarla polis arasında ciddi qarşıdurma olub. Xəsarət alanlar haqqında məlumat yoxdur. Nümayişçilər arasında tutulanlar olsa da onların sayı və harda saxlandıqları barədə məlumat yoxdur.


Etiraz aksiyası təşkilatçılarının Təbrizdə yaydıqları elanlarda aksiyaların sentyabrın 23-ü gündüz saat 16-da Bazar Ağzından başlanması planlaşdırılırdı. Lakin hökumət bunu nəzərə alaraq həmin məntəqədə minlərlə polis, silahlı qüvvə, hərbi maşınlarla dolu hərbçi yerləşdirib. Buna baxmayaraq, insanlar Bazar Ağzına doğru yürüyərək etiraz aksiyasına cəhd göstəriblər. Yalnız silahlı qüvvələrin təhdidilə üzləşən nümayişçilər oranı tərk etməyə məcbur olublar. Amma onlar bir yerdə toplaşa bilməsələr də, dağınıq şəkildə etirazlarını səsləndiriblər.


Xoy şəhərində də hüquq-mühafizə qüvvələrinin təqibinə məruz qalan nümayişçilər qısa müddətdə olsa da, azərbaycanca təhsil tələblərini səsləndirməyə nail olublar. Mərənd şəhərində isə elan edilməmiş fövqəladə vəziyyət hökm sürüb, bütün yollar bağlanıb. May aksiyaları ilə müqayisədə sentyabrın 23-də daha çox təhlükəsizlik qüvvələrinin şahidi olan Urmiyə şəhərində də eyni tələblərlə nümayiş keçirməyə cəhd edənlər hüquq-mühafizə qüvvələrinin dəyənək zərbələrinə məruz qalıblar.


Bu hadisələrdə yüzlərlə insanın həbs edildiyi, onlardan bəzilərinin bir neçə saatdan sonra buraxıldığı söylənilir. Lakin nəzarət altında saxlanılanların sayı haqda dəqiq məlumat yoxdur.


Eyni zamanda bəzi valideynlərin itaətsizlik aksiyalarına qoşularaq övladlarını farsdilli məktəblərə buraxmadıqları və yeni tədris ilinin ilk gününü evdə Azərbaycan dili dərsi ilə başladıqları barədə məlumatlar var.


Buna da bax:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG