Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:03

DOSYE


İRAN AZƏRBAYCANINDA YENİ TƏDRİS İLİNİN İLK GÜNÜNÜ BOYKOT ETMƏYƏ ÇAĞIRAN ELANLARDA NƏ TƏLƏB OLUNUR?


- Uşaq bağçalarından başlayaraq orta məktəb və universitetlərdə tədrisin azərbaycanca keçirilməsi,


- Azərbaycan dilinin bütün idarələrdə rəsmi dil elan edilməsi,


- Mətbuat, kitab, dükan, idarə tabloları, küçə adları və yol işarələrinin Azərbaycan dilində yazılması,


- Radio, televiziya, kino, teatr, məhkəmə, dövlət idarələrində Azərbaycan dilinin işlədilməsi,


- Başqa dillərin, o cümlədən fars dilinin məcburi şəkildə Azərbaycan uşaqlarına öyrədilməsinə son qoyulması,


- Həbs edilmiş bütün Azərbaycan fəallarının qeyd-şərtsiz azad olunması,


- Azərbaycan vilayətlərinin yeraltı və yerüstü sərvətinin azərbaycanlıların rifahına sərf olunması,


- Azərbaycanlıların öz rəhbərlərini özlərinin təyin etməsi,


- Azərbaycan vilayətlərində yerləşdirilən hərbi və hüquq-mühafizə qüvvələrinin azərbaycanlılardan təşkili,


- Farslaşdırılmış yer, şəhər, kənd və küçə adlarının öz əsil türk adlarına geri çevrilməsi,


- Başqa əyalətlərə verilən torpaqların Azərbaycan əyalətlərinə qaytarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması


XS
SM
MD
LG