Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:56

«Sərhədsiz Reportyorlar» Oqulsapar Muradovanın ailəsinin taleyindən narahatdır


«Sərhədsiz Reportyorlar» təşkilatı bu günlərdə həbsxanada ölmüş «Azadlıq» Radiosu türkmən xidmətinin müxbiri Oqulsapar Muradovanın ailəsinin taleyindən narahatdır.


Təşkilatın yaydığı bəyanatda deyilir ki, Türkmənistanın hakim dairələri Muradovanın 3 övladını ətraf mühitdən təcrid edib. «Sərhədsiz Reportyorlar» ehtiyat edir ki, uşaqları analarının taleyi gözləyə və ya onlar naməlum yerdə saxlanıla bilər.


Təşkilat beynəlxalq aləmi baş verənlərlə bağlı Türkmənistan hökumətinə təzyiq göstərməyə çağırıb.


Oqulsapar Muradovanın cəsədini görmüş qohumları onun bədənində işgəncə izləri olduğunu deyirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG