Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:40

İnsan hüquqları ilə bağlı Yay Məktəbi təşkil olunacaq


Azərbaycan Gənc Hüquqşünaslar Birliyi İsveçin İnsan Hüquqları və Humanitar Hüquq üzrə Raul Vollenberq İnstitutu ilə birgə insan hüquqları üzrə növbəti Yay Məktəbini təşkil edəcəklər. Yay məktəbi iki həftə davam edəcək. Bu kurs əsasən Azərbaycanın ali məktəblərinin hüquq və beynəlxalq hüquq peşə istiqamətləri üzrə yuxarı kurslarda təhsil alan və həmin ixtisaslar üzrə məzun olan və hüquqşünaslıq fəaliyyətini davam etdirən gənclər, o cümlədən insan hüquqları üzrə ixtisaslaşan QHT-lərin yerli əməkdaşları və bir də dövlət orqanlarında çalışan gənc mütəxəssislər üçün nəzərdə tutulub. Tədbirdə beynəlxalq və yerli ekspertlər Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında məruzələr edəcəklər.


İştirakçıların sayı seçim əsasında 25 nəfər olacaq. Kursları müvəffəqiyyətlə başa vuranlara sertifikatlar veriləcək. Bundan başqa kursun sonunda Rəmzi Avropa Məhkəməsi prosesi təşkil ediləcək. Dörd ildir ki, Azərbaycanda Yay məktəbi təşkil edilir.


XS
SM
MD
LG