Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:52

XƏBƏRLƏR


İçərişəhərdə 18-ci əsrdən qalma memarlıq abidəsi qanunsuz özəlləşdirilir


İçərişəhərin Qala küçəsindəki bu abidə-evin sakini Vera Kravçenko digər 5 qonşusuyla keçirdiyi mətbuat konfransında bu iddianı dilə gətirib. Narazı sakinlərin söylədiyinə görə, «Səbuhi» adlı assosiasiya qanunsuz çıxarılan məhkəmə qərarı əsasında doğulub-yaşadıqları mənzilləri onların əlindən almaq istəyir. Elə həmin mətbuat konfransına qatılan assosiasiya sədri Yuzasif Zeynallı sözügedən memarlıq abidəsini təmir etməyə hələ 15 il öncə sərəncam verildiyini və bu ünvanda 6 ailənin yaşadığından xəbərsiz olduğunu bildirib.



«Saratovun iztirabları»


Söhbət eyniadlı beynəlxalq sənədli filmlər festivalından gedir. Artıq 3-cü dəfə keçirilən bu festivalın direktoru Tatyana Zorinanın sözlərinə görə, durğun və yorğun yaşamdan qurtulmaq üçün, sadəcə, gününü keçirən çoxsaylı insanları sənədli kinoya alışdırmaq lazımdır. «Saratovun iztirabları» adlanan beynəlxalq şənlik sentyabrın 26-da başa çatacaq.



«Özləm şəhərləri» Azərbaycan türkcəsində


«Azad Yazarlar Ocağının kitabxanası» seriyasında işıq üzü görən yeni nəşr ölkə oxucularının modern türk şeiriylə tanış olmasını hədəfləyib. Şairə Yeşim Ağaoğlu Azərbaycanın ünlü düşüncə adamı və jurnalisti sayılan Əhməd bəy Ağaoğlunun yaxın qohumudur.


XS
SM
MD
LG