Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:15

Ramazan ayında oruc tutanların sayı ildən-ilə artır


Ramazan bayramı ya oktyabrın 23-ü, ya da 24-ü qeyd olunacaq
Ramazan bayramı ya oktyabrın 23-ü, ya da 24-ü qeyd olunacaq
«Ramazan insanlar üçün mənəvi təmizlik ayıdır, insan çirkin işlərdən uzaqlaşır, yaxşı əməllər görməyə çalışır».

13 yaşlı Cavid Şahverdiyev bu il də Ramazan ayının gəlişinə xüsusi hazırlaşdığını deyir. Artıq üç ildir oruc tutan Cavid deyir ki, Ramazan ayında nədənsə, o, həmişə özünə çoxlu dostlar tapır. Həmin dostlarıyla da münasibətləri indiyə qədər davam edir.


Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu deyir ki, mərkəzin apardığı son monitorinqlər zamanı Ramazan ayında oruc tutanların sayının ildən-ilə artdığı qeydə alınıb. Cənab İbrahimoğlu bildirir ki, bu ayda insanlar orucu təmiz niyyətlə tutmalıdırlar: «Orucu kimlərəsə göstərmək, 3-4-cü faydalarına görə deyil, Allaha yaxınlaşmaq, saf niyyətlə tutmaq lazımdır. Ən mühüm olanı da budur».


DEVAMM rəhbəri bildirir ki, Ramazan ayında oruc tutanların günün müəyyən hissəsində qidadan imtina etməsi insanlarda gözütoxluq, ehtiyacı olan qonşusuna yardım göstərmək hissləri formalaşdırır.


Humay Həsənova artıq neçə illərdir oruc tutur və həm özü, həm də ailəsi üçün Ramazan süfrəsi hazırlayır. O, deyir ki, Ramazan ayının öz süfrə mədəniyyəti var: «Səhər yeməyi mütləq olmalıdır. Oruc vaxtı bədəndə şəkər azaldığından məsləhətdir ki, iftarı şəkərlə açasan, ya xurma, ya da başqa şirniylə. Sonra da yüngül yemək lazımdır. Yüngül şorba, ya da sıyıq, istəyən sonra başqa yemək də yeyər. Çox yemək məsləhət deyil. Əsas keyfiyyyətli yeməkdir».


Dini ekspert Nəriman Qasımoğlu isə Ramazan ayının adamlar arasında əlaqələri gücləndirmək baxımından əhəmiyyətini vurğulayır: «Bu, Tanrıya yaxınlaşmaq üçün bir vasitədir. Həm də insan özünü nəfsiylə mübarizədən çıxarır».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG