Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:31

Müharibə veteranlarına güzəştlər ediləcək


Azərbaycanda 5 minə yaxın İkinci Dünya Müharibəsi iştirakçısı və ona bərabər tutulan şəxs var

Azərbaycanda 5 minə yaxın İkinci Dünya Müharibəsi iştirakçısı və ona bərabər tutulan şəxs var

İkinci Dünya Müharibəsi iştirakçıları və onlara bərabər tutulan şəxslər ildə bir dəfə güzəştli qiymətlərlə MDB ölkələrinə gedib-gəlmək imkanı əldə edəcəklər. Artıq bununla bağlı kateqoriyalardan asılı olaraq Azərbaycana talonlar gətirilib və hazırda həmin talonların veteranlara verilməsinə başlanıb. Bu barədə «Azadlıq» radiosuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hüquq şöbəsinin müdiri Rəcəb Nurəliyev məlumat verib.


Cənab Nurəliyevin sözlərinə görə, MDB ölkələri arasında qüvvədə olan sazişə görə hazırda Minskdə İkinci Dünya Müharibəsi iştirakçıları və əlillərinin sosial müavinətlərin artırılması, onların kommunal xidmətlərdən azad olunması, o cümlədən güzəştli gediş hüququnun tanınması ilə bağlı tədbir keçirilir. Həmin sazişin bəzi bəndlərində Azərbaycan qanunvericiliyi ilə uyğun gəlməyən məqamların olduğu deyən cənab Nurəliyevin sözlərinə görə, bu həmin sazişin yerinə yetirilməsində bir sıra çətinliklər yaradır. Əslində, beynəlxalq sazişlərlə milli qanunvericilik arasında ziddiyyətli məqamlar varsa onda beynəlxalq sazişlər üstün qüvvəyə malikdirlər. Bu məsələlərin də yaxın vaxtlarda həll olunacağını deyən Rəcəb Nurəliyev bildirir ki, hazırda Minskdə ekspertlər problemlərin birgə müzakirəsi ilə məşğuldurlar. Azərbaycanı həmin müzakirələrdə nazirliyin pensiya siyasəti şöbəsinin müdir müavini Ülfət Mürşüdov təmsil edir.


Rəcəb Nurəliyevin dediyinə görə, hazırda Azərbaycanda 5 minə yaxın İkinci Dünya Müharibəsi iştirakçısı və ona bərabər tutulan şəxs var.


Günün bütün mövzuları

XS
SM
MD
LG