Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:18

Polis rəisi dünyasını dəyişdi


Mübahisə nəticəsində ağır yaralanan Gəncə Yol Polis İdarəsinin rəisi İkram Xəlilov sentyabrın 22-də gecə saatlarında vəfat edib.

Gəncə şəhər Təcilli Yardım Xəstəxanasının Reanimasiya Şöbəsinin baş həkimi Könül Ələkbərov «Azadlıq» radiosuna bildirib ki, mərhum evinə aparılıb.


Sentyabrın 21-i saat 23 radələrində polis rəisi yol hərəkəti qaydalarını pozan avtomaşını saxlayıb. İkram Xəlilovla 1987-ci il təvəllüdlü sürücü Zabit Kazımov arasında mübahisə yaranıb. Professional idmançı olan Zabit Kərimov polis rəisinin başına bir neçə zərbə endirib. Kəllə beyin travması diaqnozu ilə Təcili Yardım Xəstəxanasına çatdırılan polis rəisi süni nəfəs aparatına qoşulsa da, komadan çıxmayıb.


Hadisədən sonra Gəncə polisi Zabit Kazımovu və onunla birgə hadisə yerində olan 1983 təvəllüdlü Pərviz Məmmədovu həbs edib. Gəncə şəhər Prokurorluğu faktla bağlı cinayət işi qaldırıb.


XS
SM
MD
LG