Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:55

AMİP İran səfirliyi qarşısında aksiya keçirməyə cəhd etdi


Polis 13 fəalı saxlayıb
Polis 13 fəalı saxlayıb
Sentyabrın 22-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup üzvü İranda Azərbaycan məktəblərinin açılması, eləcə də bir müddət əvvəl Təbrizdə, Urmiyədə və digər şəhərlərdə baş verən aksiyalarda həbs edilən azərbaycanlıların azadlığa buraxılması tələbilə bu ölkənin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd etdi.

Polis aksiyanın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığını əsas gətirərək, piketçiləri səfirliyin binasına yaxınlaşmağa qoymadı. Nəticədə aksiyaçılar bəyanatlarını bir qədər aralıda oxumalı oldular. Sənəddə İranda Azərbaycan dilində məktəblərin açılması və digər tələblər öz əksini tapır. AMİP Abşeron rayon təşkilatının sədri Təbriz Musayev: «Sabah İranda yeni tədris ili başlayır. Biz tələb edirik ki, İranda Azərbaycan dilində məktəblər açılsın. Xalq hərəkatında tutulanlar azadlığa buraxılsınlar. Oradakı azərbaycanlıların hüquqlarının pozulmasına son qoyulsun».


AMİP Mətbuat Xidmətinin rəhbəri Əli Orucov deyir ki, polis 13 fəalı saxlasa da, bir müddət sonra onlardan izahat alaraq buraxıb. Yalnız bir nəfər – partiyanın Nərimanov rayon təşkilatının sədri Ələddidn Əsgərov Səbail Rayon Məhkəməsinin qərarı ilə 22 manat məbləğində cərimə edilib.


Milli istiqlalçılar bu cür etiraz aksiyalarını davam etdirəcəklərni bildirirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG