Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:05

«Şərq»: «Sumqayıt-Bakı marşrutlarında dərəbəylik»


«Bakı-Xəbər» qəzetindəki «Na­tiq Əli­yev düz, am­ma vaxtsız da­nı­şıb» başlıqlı məqalədə bildirilir ki, bir ne­çə gün ön­cə Sə­na­ye və Ener­ge­ti­ka na­zi­ri Na­tiq Əli­ye­vin gə­lən il­dən eti­ba­rən ener­ji­da­şı­yı­cı­la­rı­nın qiy­mə­ti­nin qal­xa­ca­ğı ilə bağ­lı ver­di­yi açıq­la­ma cə­miy­yət­də cid­di aji­o­taj ya­rat­dı­ğın­dan, in­di rəs­mən onun de­dik­lə­ri tək­zib olu­nur. Be­lə ki, me­dia nü­ma­yən­də­lə­ri­lə söh­bə­tin­də Azər­bay­can Res­pub­li­ka­sı Döv­lət Neft Şir­kə­ti­nin pre­zi­den­ti Röv­nəq Ab­dul­la­yev gə­lən il ben­zin və ma­ye qa­zın, həm­çi­nin neft məh­sul­la­rı­nın qiy­mə­tin­də hər han­sı ar­tım ol­ma­ya­ca­ğı­nı bil­di­rib. An­caq ekspertlər be­lə he­sab edirlər ki, əs­lin­də, hö­ku­mət ener­ji­da­şı­yı­cı­la­rı­nın, gə­lən il­dən eti­ba­rən qiy­mə­ti­ni ar­tır­maq niy­yə­tin­də­dir. Sa­də­cə, bu, ca­ri ilin yan­var ayın­da ol­du­ğu ki­mi, əha­li­yə əv­vəl­cə­dən xə­bər ve­ril­mə­dən hə­ya­ta ke­çi­ri­lə­cək. Əsas sə­bəb isə, əha­li ara­sın­da hər han­sı aji­o­ta­jın ya­ran­ma­sı­na yol ver­mə­mək, elə­cə də in­di­dən ener­ji­dən ası­lı bir çox sek­tor­lar­da qiy­mət ar­tı­mı­nın qar­şı­sı­nı al­maq­dır.


«Yeni Azərbaycan» qəzeti xəbər verir ki, Azər­bay­can Res­pub­li­ka­sı Dövlət Neft Şirkəti (ARDNŞ) «Şahdəniz» layihəsindəki payının maliyyələşdirilməsi üçün daha ucuz faiz dərəcələri və sərfəli şərtlər təklif edən maliyyə institutları ilə müqavilə imzalamağa hazırlaşır. Şirkət bir müddət əvvəl ilkin razılığa gəldiyi Avropa Yenidənqurma və İnkişaf Bankı ilə kredit sazişi imzalamaqdan imtina etmək niyyətindədir. Digər maliyyə institutlarının ARDNŞ-ə sərfəli şərtlərlə kredit təklif etməsi Azərbaycanın Avropa Bankının vəsaitlərindən imtina etməsinə səbəb olub. Şirkət illik dərəcəsi 0,75 faiz olan kredit məbləğini əldə etmək üçün danışıqlara başlayıb. Güman olunur ki, «Şahdəniz» layihəsindəki payın maliyyələşdirilməsinə Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı da cəlb oluna bilər.


«Şərq» qəzetindəki «Sum­qa­yıt-Ba­kı mar­şrut­la­rın­da də­rə­bəy­lik» başlıqlı məqalədə müəllif Sum­qa­yıt­la pay­taxt ara­sın­da iş­lə­yən mar­şrut­lar­da qiy­mət ar­tımı məsələsini araşdırıb. Onun yazdığına görə, Ba­kı-Sum­qa­yıt mar­şru­tun­da qiy­mət­lər yük­sək ol­maq­la ya­na­şı, gü­nün vaxt­la­rı­na gö­rə də də­yi­şir. Şəhər sakinlərinin dediyinə görə, sə­hər­lər mar­şru­t 20 qə­pi­yə iş­lə­yir. Tə­lə­bə­lə­rin ge­diş-gə­li­şi­nin art­dı­ğı vaxt­da isə ge­diş haq­qı 40 qə­pi­yə­dək yük­sə­lir. So­nun­cu qiy­mət sər­ni­şin­lə­rin haq­lı na­ra­zı­lı­ğı­na sə­bəb ol­sa da, ax­şam 18:00-19:00-dan son­ra bu qiy­mə­tə də get­mə­yə mar­şrut tap­mır­lar. Ax­şam­lar sər­ni­şin­lə­rin sa­yı ol­duq­ca yük­sə­lir ki, bu­nun da nə­ti­cə­sin­də onlar uzun müd­dət göz­lə­mək məc­bu­riy­yə­tin­də qa­lırlar. Yük­sək ge­diş haq­qı ödə­mək­lə ya­na­şı, həm də mar­şrut qıt­lı­ğı ya­şa­yan sum­qa­yıt­lı­la­rın prob­le­mi­nin həl­li sa­hib­kar­la­rın ümi­di­nə qa­lıb. Sa­hib­kar­lar bu sa­hə­yə diq­qət ye­tir­mək­lə həm yük­sək qa­zanc əl­də edə, həm də bir şə­hə­rin mar­şrut prob­le­mi­nin həl­li­nə na­il ola bi­lərlər.


«525-ci qəzet» dəki «Rəsmi Bakı «907-ci düzəliş»in tam aradan qaldırılmasını istəyir» başlıqlı məqalədə bildirilir ki, Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ-ın Avropadakı Qüvvələrinin komandan müavini general Uilyam Uordu qəbul edib. Cənab Məmmədyarov Azərbaycanla ABŞ arasında mövcud olan müdafiə sahəsində əməkdaşlığı yüksək qiymətləndirib və bu istiqamətdə səylərin artırılmasının vacibliyini vurğulayıb. Nazir Azərbaycanın NATO-ya inteqrasiyası siyasəti çərçivəsində ikitərəfli münasibətlərə də yüksək qiymət verib. O, digər tərəfdən, münasibətlərin daha da inkişaf etməsi üçün Azadlığa Dəstək Aktının 907-ci maddəsinin tam ləğvinin vacibliyini vurğulayıb. General Uord isə ABŞ-Azərbaycan münasibətlərinin və Azərbaycanın Avro-Atlantika siyasətinin səviyyəsindən razılığını bildirib.


XS
SM
MD
LG