Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:57

«Xəzər dünyanın çoxqütblü mərkəzidir»


Sentyabrın 22-də Zaqulbadakı «Gənclik» mərkəzində «Xəzər dünyanın çoxqütblü mərkəzidir» devizi altında Xəzəryanı ölkələrin forumu başlayıb. Mədəniyyət, turizm və ekologiya problemlərinə həsr olunmuş tədbir sentyabrın 24-ə qədər davam edəcək. Mədəniyyət və Turizm Nazirliyinin böyük məsləhətçisi Almaz Sultanzadənin «Azadlıq» radiosuna verdiyi məlumata görə, tədbirin açılışından sonra Xəzərin ekoloji problemlərindən bəhs edən Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan, o cümlədən Gürcüstan istehsalı olan sənədli filmlər nümayiş olunacaq. Azərbaycandan rejissor Əli Şərafətdinin «Xəzərdə adalar» sənədli filmi də nümayiş olunacaq. Sentyabrın 23-də forum iştirakçıları «Şirvan» dövlət qoruğunu gəzəcəklər və burda ekoloji problemlərə həsr olunmuş seminar keçiriləcək. Sentyabrın 24-də isə forum nümayəndələri tədbirə yekun varacaqlar.


XS
SM
MD
LG