Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:09

Daha 150 bakalavr magistraturaya qəbul olundu


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərdə magistratura pilləsinə boş qalan plan yerlərinin daha 150-ni doldurub. Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Nağızadə deyir ki, magistraturaya yeni qəbul edilənlərin siyahısı sentyabrın 21-də elan edilib. Onun sözlərinə görə, humanitar sahədə boş yer qalmadığından magistraturaya əlavə yerləşdirmə əsasən neft-qaz və təbiət elmləri sahəsindəki ixtisaslar üzrə aparılıb.


Magistraturaya qəbulla bağlı Apellyasiya Komissiyasına müraciət etmiş bakalavrlar da nəticələri öyrənə bilərlər.


Magistraturaya imtahan bu ilin iyul ayının 23-də keçirilib, 4360 magistr yeri uğrunda 10343 bakalavr təhsilli tələbə mübarizə aparıb və onlardan 2701-i ölkənin ali məktəblərinin magistr pilləsində təhsil almaq şansı qazanıb. 1500-dən çox magistr yeri isə boş qalmışdı.


Elnur Nağızadənin sözlərinə görə, texnikumlara qəbulla bağlı xüsusi Apellyasiya Komissiyası yaradılmadığından, şikayəti olanlar TQDK-ya istədikləri vaxt müraciət edə bilərlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG