Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:21

ABŞ səfirliyi Təhsil Mübadilə Proqramını elan edəcək


Sentyabrın 22-də ABŞ-ın Azərbaycandakı səfiri Ənn Dersi, Təhsil naziri Misir Mərdanov və Birləşmiş Ştatlar hökumətinin tərəfdar təşkilatlarının nümayəndələri 2007-2008 akademik ili üçün ABŞ-ın maliyyələşdirdiyi təhsil mübadilə proqramlarına ərizələrin qəbulunu elan edəcəklər.


Orta məktəb şagirdləri üçün Gələcək Liderlərin mübadiləsi, ali məktəb tələbələri üçün Tələbə Mübadiləsi, magistraturada oxumaq istiyənlər üçün Maski, alimlər üçün Fulbrayt, ingilis dili müəllimləri üçün Təhsildə Keyfiyyət və Naliyyət proqramları başlayıb və ya başlamaq üzrədir.


Azərbaycan müstəqilliyini qazanandan sonra bu proqram çərçivəsində 1800-dən artıq azərbaycanlı müəllim və tələbə ABŞ-da təhsil alıb. 2007-2008-ci illərdə isə həmin proqramda Azərbaycandan təxminən 150 nəfər iştirak edəcək.



XS
SM
MD
LG