Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:12

Gəncədəki «İmamzadə» abidəsinin gələn il təmir olunacağı deyilir



Gəncədə yerləşən «İmamzadə» tarixi abidəsi gələn il təmir olunacaq. Gəncə Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Mina Məlikovanın sözlərinə görə, hər il minlərlə müsəlmanın ziyarət etdiyi, VIII əsr yadigarı «İmamzadə» türbəsində sonuncu dəfə 1993-cü ildə bərpa işləri aparılıb. Türbənin ətrafında yerləşən, tarixi abidə kimi qorunan qədim məzarlığın da bərpaya ehtiyacı olduğunu söyləyən xanım Məlikova artıq layihəni Mədəniyyət və Turizm Nazirliynə göndərdiklərini bildirir.




XS
SM
MD
LG