Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:50

Ramazan bayramı ya oktyabrın 23-ü, ya da 24-ü qeyd olunacaq


Bu il Azərbaycanda Ramazan bayramı ayın çıxmasından asılı olaraq ya oktyabrın 23-ü, ya da 24-ü qeyd olunacaq. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.


Ramazan ayı sentyabrın 24-dən başlayacaq. QMİ bu il Ramazan orucunu tutan möminlərə kömək məqsədilə «Oruc tutanın yaddaş kitabçası» adlı nəşr hazırlayıb. Kitabçada Ramazan orucunun tarixi, gündəlik duaları, həmçinin bu ayda namazların vaxtları barədə məlumat verilib. Kitabça bütün məscidlərdə pulsuz paylanır.


Günün bütün mövzuları

XS
SM
MD
LG