Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:21

Oktyabrın 1-dən internet xidmətlərinin bəziləri ucuzlaşacaq


Oktyabrın 1-dən yerli domenin – az sonluqlu internet ünvanının qiyməti 33 faiz aşağı salınacaq. İnternet xidmətləri göstərən «İntrans» şirkətinin rəhbəri Faiq Fərmanovun verdiyi məlumata görə, hazırda 30 yeni manat məbləğində olan illik qiymət 20 yeni manata düşəcək. Bura qeydiyyat və ililk saxlama qiyməti daxildir. Cənab Fərmanov deyir ki, Azərbaycan domenlərinin qeydiyyatı da qısa zamanda həyata keçiriləcək. Oktyabr ayından com., net., org domenləri az domeninə keçəcək. Bir il müddətində domenin verilməsi, saxlanması və qorunması pulsuz olacaq. İnternet mütəxəssislərinin «Evə qayıtmaq» adlandırdıqları bu proses zamanı az domeninə keçən com., net., org domeni də əvvəlki kimi işləyəcək.


Azərbaycanda internet istifadəçilərinin sayı 700-800 min arasında dəyişir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dövlət qurumları fəaliyyətinin koordinasiya şöbəsinin müdiri Əflatun Məmmədov belə deyir. Onun sözlərinə görə, ölkədə hər 100 nəfər 6-7 kompyuter düşür.


XS
SM
MD
LG