Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:50

Beynəlxalq Sülh Günü Azərbaycanda necə qeyd olunur?


21 sentyabr-Beynəlxalq Sülh Günüdür
21 sentyabr-Beynəlxalq Sülh Günüdür

21 sentyabr-Beynəlxalq Sülh Günüdür. 1981-ci ildə BMT Baş Assambleyası Beynəlxalq Sülh gününü-qlobal atəşkəs və zorakılıqsız bir gün kimi təsis edib. Bununla da BMT bütün xalqları həmin gün atəşkəsə əməl etməyə çağırıb. 2002-ci ildə BMT Baş Assambleyası sentyabrın 21-ini Beynəlxalq Sülh-yəni atəşkəs günü elan edib.


Hələlik bu gün atəşkəsə heç də dünyanın hər yerində əməl olunmur. Elə Ermənistanla müharibə şəraitində olan Azərbaycanda da atəşkəs rejimi olmasına baxmayaraq, cəbhə bölgəsində atışmalar barədə tez-tez məlumatlar yayılır. Tərəflərsə bir-birini ilk olaraq atəşkəsi pozmaqda ittiham edir.


Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi İlqar Verdiyev deyir ki, torpaqları işğal altında olan Azərbaycanın hazırda məqsədi müharibəyə hazır olmaqdır: «Müharibə şəraitində olan Azərbaycanda başqa hal olmamalıdır. Nə vaxt müharibə qurtarar, bu gün də Azərbaycanda qeyd olunar».


Beynəlxalq Sülh günündə bəzi orta məktəblərdə-xüsusilə məcburi köçkün uşaqların oxuduqları təhsil müəssisələrində şagirdlərlə söhbətlər aparılır. Məcburi Köçkün Qadınların Milli Şəbəkəsindən Bəsurə Məmmədli deyir ki, sülh günü söhbətləri təkcə hazırkı münaqişə vəziyyətilə məhdudlaşmamalıdır: «Sülh deyəndə, cəmiyyətdə, ailədə də sülh nəzərdə tutulur. Bir də ki, Dağlıq Qarabağ münaqişəsinə əvvəl-axır son qoyulacaq. Mən çox arzulayıram ki, nə vaxtsa doğma Laçınıma qayıdım».


Beynəlxalq Sülh Günü tədbirləri yalnız bir günlə yekunlaşmır. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunussa deyir ki, Beynəlxalq Sülh günüylə bağlı bu yaxınlarda Kiyevdə Ermənistanın bir neçə qeyri-hökumət təşkilatının təmsilçiləri ilə görüşəcək və Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyətini müzakirə edəcəklər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG