Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:44

Gəncədə bir qrup valideyn aksiya keçirib


Sentyabrın 20-də Gəncədə bir qrup valideyn etiraz aksiyası keçirib. Buna onların 98 saylı Kəlbəcər orta məktəbində təhsil alan uşaqlarının məktəbdən uzaqlaşdırılması səbəb olub. Məktəbin direktoru Cəmşid Əlibəyov «Azadlıq» radiosuna deyib ki, Təhsil nazirinin ötən il verdiyi sərəncama əsasən, yerli uşaqların məcburi köçkün məktəbində təhsil alması qadağan edilib və buna görə də o, yerli şagirdləri məktəbdən uzaqlaşdırıb. Valideynlər isə digər məktəblər uzaq olduğu üçün övladlarının məhz bu məktəbdə oxumasında israr edirlər.


Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bayram Hüsenyzadə bildirib ki, onlar məsələni araşdıracaqlar.



Günün bütün mövzuları

XS
SM
MD
LG