Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:23

Müxalifətin bələdiyyə seçkilərində iştirakı görüntüdür, yoxsa reallıq?


Oktiyabrın 6-da 603 bələddiyyəyə seçkilər keçirləcək

Oktiyabrın 6-da 603 bələddiyyəyə seçkilər keçirləcək

Oktyabrın 6-da təkrar, əlavə və boş qalan yerlərə bələdiyyə seçkiləri keçiriləcək. Artıq Mərkəzi Seçki Komissiyası (MSK) bülletenlərin paylanmasına başlayıb. Seçkiyə iki həftə qalsa da, ölkədə seçki əhval-ruhiyyəsi duyulmur. Seçkiqabağı vəziyyəti necə dəyərləndirmək olar? Bir tərəfdən də AXCP MSK-nı məhkəməyə versə də, iddiası təmin olunmadı. Partiya iddia edir ki, seçkini boykot etsə də, MSK onun seçkidə iştirak etməsi görüntüsünü yaradır.

İş ondadır ki, AXCP-nin bəzi üzvləri, partiyanın boykot qərarına baxmayaraq yeni, təkrar, əlavə və boş qalan bələdiyyələrə seçkilərdə iştirak edir. Onlardan biri də partiyanın Balakən rayon şöbəsinin sədir müavini Şükür Məmmədovdur.


«Mən vəzifə düşkünü deyiləm. Ancaq camaatın işinə yarımaq istəyirəm. Xasiyyətim belədir»
Siyasi fəaliyyət göstərməklə yanaşı, Balakən Rayon Bələdiyyəsində də sədr müavini işləyən cənab Məmmədov mənsub olduğu partiyanın iradəsi əleyhinə getməsini bu cür izah edir: «Mən vəzifə düşkünü deyiləm. Ancaq camaatın işinə yarımaq istəyirəm. Xasiyyətim bedədir».

Şükür Məmmədov ancaq etiraf edir ki, seçkilərə qatıldıqdan sonra onu AXCP sıralarından xaric ediblər.


AXCP-nin bəzi üzvlərinin bələdiyyə seçkilərinə qatılıb-qatılmaması ilə bağlı mübahisələr hələ bir neçə ay bundan əvvəl başlamaşdı. MSK bildirirdi ki, bu partiyanın 23 üzvü namizədliyini irəli sürüb. Ancaq partiya da öz növbəsində Apellyasiya Məhkəməsinə şikayət edərək komissiyanı ictimaiyyəti çaşdırmaqda günahlandırırdı. Sentyabrın 19-da bu mübahisələrə baxan Apellyasiya Məhkəməsi AXCP-nin iddialarını təmin etmədi. Məhkəmənin gəldiyi nəticəyə görə, Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi 23 nəfərdən 4-ü həqiqqətən də AXCP üzvüdür. Bu partiyanın hüquqşunası Tofiq Quliyev deyir ki, seçkilərə qatılan bütün cəbhəçiləri üzvlükdən xaric ediblər. Onun sözlərinə görə, hakimiyyətin 10 minlərlə üzvü olan bir partiyanın cəmi bir neçə fəalını öz tərəfinə çəkməsi təəccüblü deyil: «Məqsəd bələdiyyə seçkilərinə demokratik görüntü verməkdir ki, müxalifət partiyaları da bu seçkilərdə iştirak edirlər».



«Milli İstiqlal Partiyasından, Müsavatdan seçkilərə qatılanlar var. Onlar müxalifət deyil? Sadəcə, bu öz gücsüzlüklərini etiraf etməməkdir»
MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev isə deyir ki, onların bələdiyyə seçkilərinə demokratik görüntü yaratmaq problemləri yoxdur. Çünki onsuz da AXCP-dən başqa bir neçə müxalifət partiyası bələdiyyə seçkilərinə qatılıb: «Milli İstiqlal Partiyasından, Müsavatdan seçkilərə qatılanlar var. Onlar müxalifət deyil? Sadəcə, bu öz gücsüzlüklərini etiraf etməməkdir».

Seçkilərə qatılan müxalifətçilər arasında da tərəddüdlər müşahidə edilməkdədir. 59 saylı Salyan Seçki Dairəsindən namizədliyini verən Müsavat Partiyası yerli təşkilatının sədri Mirzağa Axund deyir ki, seçicilərin ciddi qınağı ilə qarşılaşıblar. Əhali arasında bir çoxları hesab edir ki, bu bələdiyyə seçkiləri də əvvəlki seçkilərdən fərqlənməyəcək: «Çoxu üzümüzə deyir ki, sizdən «demokratiya ələyi» kimi istifadə edirlər».


Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov isə deyir ki, bələdiyyə seçkiləri ilə bağlı baş verənləri anlamaq o qədər də çətin deyil: «Azadlıq» bloku çalışır ki, boykot qərarına daha çox tərəfdar qoşulsun. Hakimiyyət isə boykota mane olmağa çalışır. Ancaq əsas məsələ seçkilərin demokratik keçirilməsidir və hamı gücünü buna yönəltməlidir».


Mərkəzi Seçki Komissiyası artıq sentyabrın 19-dan başlayaraq dairələri bületenlərlə təmin etməyə başlayıb. Bu proses həftənin axırına qədər davam edəcək. Seçki Məcəlləsinə görə, səsverməyə 24 saat qalana qədər bütün məntəqlər bületenlərlə təmin edilməlidir. Oktiyabrın 6-sı, yəni səsvermə günü 603 bələddiyyəyə seçkilər keçirləcək. Bu zaman 1900-dən çox bələdiyyə üzvlüyü uğrunda 4500-ə qədər namizəd mübarizə aparacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG