Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:56

Bakıda Fransa Filmləri Festivalı açılıb


Sentyabrın 20-də Bakıda Fransız Filmləri Festivalı açılıb. Kinematoqrafçılar İttifaqında keçirilən mərasimdə bildirildi ki, festival sentyabrın 24-dək davam edəcək. Festivalda 10 fransız filmi nümayiş olunacaq. Onların arasında Toni Marşalın «Venera gözəllik salonu», Jan Labrunun «Nə qədər istəyirsən danış», Filipp de Brokanın «Gürzə əlində» kimi filmlər var. Filmlər Kinematoqrafçılar İttifaqında və «İbrus» Teatrında göstərilir.


Tədbirin təşkilatçıları Fransanın Bakıdakı səfirilyi, Fransa Mədəniyyət Mərkəzi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və «İbrus» Teatrıdır. Filmlərə baxmaq istəyənlər dəvətnamələri Fransanın Bakıdakı səfirliyindən pulsuz götürə bilərlər.



Günün bütün mövzuları

XS
SM
MD
LG