Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:02

Dünya Bankı nəqliyyat sisteminin səmərəliliyinə 1 milyon dollar ayırmağa hazırdır


Bakının nəqliyyat sisteminin səmərəliliyini artırmaq üçün Dünya Bankı (DB) 1 milyon dollarlıq texniki yardım etməyə hazırdır. Bu məqsədlə bankın Riçard Podolskinin rəhbərlik etdiyi şəhər nəqliyyatı ilə bağlı komissiyası sentyabrın 20-də Bakıya gəlib. DB-nin ayıracağı vəsaitdən şəhərdə tıxacların aradan qaldırılması, dayanacaq yerlərinin yaradılması və nəqliyyat axınının idarə olunması üçün istifadə edilməsi nəzərdə tutulub.


Ümumilikdə Azərbaycan hökuməti və Dünya Bankı arasında 4 illik strateji əməkdaşlıq planına görə, infrastruktur layihələrinə hər il 200 milyon dollara qədər kredit ayrılması nəzərədə tutulub.



XS
SM
MD
LG