Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:28

Azərbaycan Rusiyadan qaz almaya bilər


«Rusiyadan alınan qazın qiymətləri hökuməti qane etməsə, Azərbaycan gələn il bu ölkədən qaz almaya bilər». Sənaye və Energetika naziri Natiq Əliyev belə deyib. Onun sözlərinə görə, Azərbaycanın özünün yetərincə qaz ehtiyatları var. Hal-hazırda nazirlikdə «Azəri-Çıraq-Günəşli» yatağından gələn il alınacaq səmt qazının və «Şahdəniz» yatağından çıxarılacaq qazın həcmi dəqiqləşdirilir. Cənab Əliyev deyib ki, ancaq bu dəqiqləşdirmələrdən və qazın qiyməti ilə bağlı Rusiya ilə -Ukrayna arasında gedən danışıqlardan sonra Bakı Moskvadan alacağı qazla bağlı qərar verəcək.


Müqaviləyə görə, bu il ərzində Azərbaycan hər min kubmetrə 110 dollar ödəyib Rusiyadan 4 milyard kubmetrdən çox qaz almalıdı.



XS
SM
MD
LG