Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:21

«24 saat» qəzetinin növbəti məhkəməsi başladı


«24 saat» qəzetinin redaktoru Fikrət Fərəməzoğlu, 20 sentyabr 2006

«24 saat» qəzetinin redaktoru Fikrət Fərəməzoğlu, 20 sentyabr 2006

Sentyabrın 20-də Nəsimi Rayon Məhkəməsində hakim Məhəmmədəli Zülfüqarovun sədrliyi ilə «24 saat» qəzetinin redaktoru Fikrət Fərəməzoğluna qarşı məhkəmə prosesi başlandı. Məhkəmə Milli Məclisin üzvü Cavid Qurbanovun şikayəti əsasında keçirilir. F.Fərəməzoğlu Cinayət Məcəllsinin 147.2 və 148 (təhqir və böhtan) maddələri ilə ittiham olunur.


Cənab Fərəməzoğlu məhkəmədə bildirdi ki, o, «24 saat» qəzetində Cavid Qurbanov haqqında dərc olunan yazılarla millət vəkilini təhqir etməyib. Hakim bildirdi ki, bu, sübutlara qiymət veriləndən sonra müəyyən olunacaq. Sübutların toplanmasıyla bağlı növbəti məhkəmə prosesi sentyabrın 25-nə təyin olundu.


Fikrət Fərəməzoğlu bu ilin avqust ayında Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Daxili İşlər naziri Ramil Usubovun iddiası əsasında bir il müddətinə şərti cəza alıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG