Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:23

Azərbaycan və ABŞ alimləri hesab edirlər ki, Xəzərdə radioaktiv elementlərin miqdarı normaldır


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri ABŞ-ın Vayn Dövlət Universitetinin geoloq-alimləri ilə birgə Xəzərdə nutrientlərlə bağlı (üzvi və qeyri-üzvi maddələrin birləşməsi) tədqiqatları davam etdirirlər. Bu ilin mayında Kür çayının mənsəbində Vayn Dövlət Universiteti ilə Geologiya İnstitutunun alimləri birgə tədqiqatlar aparıblar. İlkin olaraq radioaktiv elementlərin Xəzərdə yayılması öyrənilib. Əldə edilmiş məlumatlar ABŞ-da və Azərbaycanda analiz edilib. Analizlərin nəticələri bu günlərdə Vayn Dövlət Universitetində keçirilmiş toplantıda geniş müzakirə olunub. Məlum olub ki, Xəzərdə radioaktiv elementlərin miqdarı normaldır. Alimlərin sözlərinə görə, bu cür elementlər çox olduqda nutrientlərə mənfi təsir edə bilər. Amma hazırda belə bir təhlükə yoxdur.


2006-cı ildə tədqiqatlar Qudyalçay, Qusarçay və Viləşçayda davam etdiriləcək. Bu tip tədqiqatlar Xəzərin Azərbaycan hissəsində ilk dəfədir ki, həyata keçirilir.


XS
SM
MD
LG