Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:01

«Əsrin müqaviləsi» və Neftçilər Günü...


Sentyabrın 20-si Azərbaycanda «Neftçilər Günü»dür

Sentyabrın 20-si Azərbaycanda «Neftçilər Günü»dür

12 il əvvəl, 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə 11 xarici neft şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri», «Çıraq» və «Günəşli» neft yataqlarının birgə işlənməsi barədə saziş - «Əsrin müqaviləsi»ni imzaladılar. Hazırda bu müqavilədə ARDNŞ daxil 10 şirkətin payı var. Azərbaycan neftini dünya bazarlarına çıxaran və bu ilin iyulunda işə salınmış Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri isə regionun ən iri layihələrindən hesab olunur.


Neft Araşdırmaları İnstitutunun rəhbəri İlham Şaban deyir ki, bu 12 ildə Azərbaycanda iqtisadiyyata münasibət dəyişib, artıq ölkədə 5-6 milyard dollarlıq büdcədən danışılır. Bakı göydələnlər şəhərinə çevrilib. Azərbaycan regionda iqtisadi və siyasi mövqeyini möhkəmləndirib. O ki qaldı, bu müsbət dəyişikliklərin sadə vətəndaşların həyatına təsirinə, cənab Şaban bunu daha çox psixoloji faktorla əlaqələndirir. Belə ki, qazanılan pullar lazımınca dəyərləndirilməyib: «İnsanların sovet dövründə 20-30 ilə yığdığı əmanət batdı və hamı şoka düşdü. Ancaq indi insanlar həmin məbləği bir gündə xərcləyir, heç uf da demirlər».


Düz beş il bundan əvvəl sentyabrın 20-i həm də Neftçilər Günü elan edilib. Bu gün Milli Parkda xalq gəzintisi olacaq. ARDNŞ-in pavilyonları qurulacaq və şirkətə daxil olan müəssisələrin iş göstəriciləri nümayiş olunan sərgi keçiriləcək. Bu barədə «Azadlıq» radiosuna şirkətin Mətbuat Xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verdi: «Şirkətin Sosial İnkişaf İdarəsinə daxil olan uşaq bağçalarının, mədəniyyət mərkəzlərinin özfəaliyyət qruplarının konserti olacaq.


Günortadan sonra - saat 4-ün yarısında başlayacaq gəzintilərdə şirkətin prezident Rövnəq Abdullayev də iştirak edəcək. Axşam saat 9-un yarısında isə Milli Parkda bayram konserti və atəşfəşanlıq olacaq».


Günün bütün mövzuları

XS
SM
MD
LG