Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:21

Vatikan Bakıya təcili nümayəndə göndərib


Roma Papası XVI Benediktin bir neçə gün əvvəlki çıxışı dünya müsəlmanlarının qəzəbinə səbəb olub
Roma Papası XVI Benediktin bir neçə gün əvvəlki çıxışı dünya müsəlmanlarının qəzəbinə səbəb olub

Sentyabrın 19-da Apostol Nunsiaturasının müvəqqəti işlər vəkili Rolandas Makristkas təcili Bakıya gəlib və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadəyə Roma Papası adından bəzi sənədlər təqdim edib. Bu sənədlər Roma Papası XVI Benediktin çıxışı haqqındadır. QMİ Mətbuat Xidmətinin rəhbəri Akif Ağayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, Allahşükür Paşazadə ilə görüşündə cənab Makristkas Roma Papasının son çıxışının xoşagəlməz reaksiya doğurmasından, müsəlmanların qəzəbinə səbəb olmasından təəssüfləndiyini bildirib. O, baş verənləri anlaşılmazlıq kimi qəbul etməyi xahiş edib.


Allahşükür Paşazadə isə deyib ki, din xadimlərinin borcu insanlar arasında hörmət və səmimiyyət yaratmaqdan ibarətdir. O, II İohan Pavellə görüşünü, mərhum Papanın dinlərarası dialoq, qarşılıqlı hörmət və dini dözümlülüyün bəşəriyyəti sülhə qovuşdurmaq haqda fikirlərini xatırladıb. Şeyxülislam bu dəst-xəttin davam etdirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb, ümidvar olduğunu bildirib ki, Vatikan və onun başçısı bunu əyani şəkildə nümayiş etdirəcək.


Roma Papası XVI Benediktin bir neçə gün əvvəlki çıxışında Məhəmməd peyğəmbərə qarşı söylədiyi fikirlər dünya müsəlmanlarının qəzəbinə səbəb olub.

XS
SM
MD
LG